Son dəqiqə

Vladimir Putin

Putin-Uitkoff görüşünün əsas mövzusu açıqlandı

BAKI,TurkicWorld

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 21-də Sankt-Peterburqdakı Konstantin sarayında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edəcək.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqların əsas mövzusu Rusiya-Ukrayna münaqişəsi olacaq.

"Ukrayna münaqişəsi ilə bağlı danışıqlar, təbii ki, bugünkü təmasın əsas hissəsini təşkil edir", – deyə o bildirib.

"Bu, planlaşdırılmış tədbirdir və onun keçirilməsi bir neçə gün əvvəl razılaşdırılıb. Bizim üçün, bu tədbirin hazırlanmasında iştirak edənlər üçün heç bir sirr olmayıb", – deyə Uşakov qeyd edib.

Görüşdə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) rəhbəri, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edəcək.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner isə xəstələndiyi üçün Rusiyaya səfər verməyəcək

Mövzuya görə xəbərlər