BAKI,TurkicWorld
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib.
Zelenski bu barədə "Deutsche Welle"yə müsahibəsində deyib.
Ukrayna liderinin sözlərinə görə, Putin də G20 liderlərinin sammitində iştirak edəcəyi təqdirdə, o, dekabrda keçirilməsi planlaşdırılan tədbirdə iştirak etmək üçün Mayamiyə gələcək.
"Bəli, əlbəttə. Biz gəlməliyik. Görüşməli, danışmalı və qərar qəbul etməliyik", - deyə o bildirib.
Bununla yanaşı, Zelenski belə bir görüşdə əsas məsələnin siyasətçilərin bəyanatları və ya şəxsi sözləri deyil, konkret nəticə olduğunu vurğulayıb.







