Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrailin hücumu nəticəsində 90-a yaxın fələstinlini həlak olub

Bakı, TurkicWorld

İsrailin Xan Yunusa qarşı hücumları nəticəsində son 24 saatda 89 fələstinli həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisindən açıqlama verilib.

Qəzza hökuməti son 24 saatda İsrailin cənubundakı Xan Yunus şəhərinə təşkil etdiyi hücumlarda ölənlərin sayının 89-a çatdığını, yaralıların sayının isə 263-ü keçdiyini açıqlayıb.

Açıqlamaya görə, İsrail ordusu dünən səhər saatlarından etibarən təhlükəsiz bölgədə 13 evi dağıdıb, 190 ev və binanı bombalayıb, şəhərin müxtəlif yerlərində 130 hücum təşkil edilib.

Xatırladaq ki, iyulun 13-də Qəzza zolağının Xan Yunus şəhərinin qərbində yerləşən Əl-Məvasi bölgəsində İsrail ordusunun döyüş təyyarələri ilə şiddətli bombardman etməsi nəticəsində yarısı qadın və uşaq olmaqla 90 fələstinli həyatını itirib.

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına həyata keçirdiyi hücumlarda 39 min 90 fələstinli ölüb, 90 min 147 nəfər yaralanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər