Son dəqiqə

Fələstin Paris-2024 Yay Olimpiya Oyunları

Fələstinli idmançılar Parisdə coşqu ilə qarşılanıblar

Bakı,TurkicWorld

Paris 2024 Olimpiadasında mübarizə aparacaq fələstinli idmançılar Paris Charles de Gaulle hava limanında coşqu ilə qarşılanıb.

TurkicWorld xəbər verir ki, İordaniyanın paytaxtı Əmmandan Parisə gələn idmançılar, milli və beynəlxalq mətbuat nümayəndələri tərəfindən qarşılanıb.

Tərəfdarlar çiyinlərində “İsrail işğalını boykot edin” və “Fələstin azad olmadan heç kim azad deyil” yazılmış köynəklər geyiniblər.

Fələstin bayraqları daşıyan qrup hava limanında “Yaşasın Fələstin”, “Azad Fələstin”, “Hamımız Fələstinliyik”, “Yaşasın Fələstin xalqının müqaviməti” və “İşğala son, İsrail terror dövlətidir” kimi şüarlar səsləndirib.

Fələstinli idmançılar onları qarşılamağa gələn vətəndaşlara Fələstin bayrağı yaylıqlarlar təqdim ediblər.

Qeyd edək ki, 2024-cü il Paris Olimpiadasında Fələstini ikisi qadın olmaqla səkkiz idmançı təmsil edəcək.

Mövzuya görə xəbərlər