Bakı, TurkicWorld
Yamayka hökuməti Fələstini müstəqil dövlət kimi tanıyıb.
TurkicWorld xəbər verir ki, bu barədə Yamayka Xarici İşlər Naziri Karina Conson Smit məlumat verib.
“Yamayka Fələstin dövlətini tanımaqla münaqişənin sülh yolu ilə həllinə dəstək mövqeyini gücləndirir”, - deyə nazir bildirib.