HƏMAS siyasi qərargahını Qətərdən kənara köçürməyi düşünür

HƏMAS siyasi qərargahını Qətərdən kənara köçürməyi düşünür

Bakı, TurkicWorld

HƏMAS hərəkatının siyasi rəhbərliyi İsrail ilə hərəkat arasında apardığı vasitəçiliklə bağlı ABŞ Konqresinin üzvlərinin Dohaya təzyiqlərinin artması ilə qərargahını Qətərdən kənara köçürmək imkanını nəzərdən keçirir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, hərəkat son günlərdə bölgədəki ən azı iki ölkə ilə danışıqlar aparın ki, bunlardan biri də Omandır.

Məlumata əsasən ikinci ölkənin adı açıqlanmasa da böyük ehtimal bu İran ola bilər. Lakin HƏMAS-ın siyasi qərargahının şiə ölkəsi İrana keçməsi bir o qədər də inandırıcı görünmür.

Ehtimal olunur ki, HƏMAS Dohadan çıxarsa bu öz növbəsində İsrail ilə danışıq prosesinin də yarıda qalması ilə nəticələnəcək.

Danışıq prosesinin yarıda qalması isə ilk növbədə Rəfaha hərbi əməliyyat planlayan İsrailin maraqlarına xidmıət edir.