Son dəqiqə

İsrail ABŞ Lloyd Ostin Yoav Qalant HƏMAS Pentaqon

ABŞ və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Bakı,TurkicWorld

ABŞ-ın müdafiə naziri Loyd Ostin ilə İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən verilən açıqlama verilib.

Ostin və Qallantın İsrailin şimalında Hizbullah ilə qarşıdurmaları və Vaşinqton ilə Təl-Əviv arasında hərbi əməkdaşlığın artırılması imkanlarını müzakirə etdikləri bildirilib.

Ostin və Qalant HƏMAS-ın məğlubiyyəti və ABŞ vətəndaşları da daxil olmaqla əsirlərin təhlükəsiz şəkildə azad edilməsi istəklərini təkrarlayıblar.

“İnanıram ki, hamımız bu müharibənin şübhəsiz faciəli olduğuna razıyıq. Çox sayda mülki insan öldü. Gördüyümüz görüntülər ürək ağrıdır”,- deyə Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder bildirib.

Mövzuya görə xəbərlər