Son dəqiqə

İsrail HƏMAS Daniel Hagari

İsrail əsgərləri tüstüdən boğularaq ölüb

Bakı,TurkicWorld

İsrailin cənubundakı hərbi bazada, təlim zamanı 10 İsrail əsgəri tüstüdən boğularaq ölüb.

TurkicWorld bu barədə “The Jerusalem Post”-a istinadən xəbər verir.

Boğulan əsgərlərin kimlikləri və insidentin digər təfərruatları açıqlanmır.

Məlumata əsasən İsrail ordusunun sözçüsü Daniel Hagari hadisənin araşdırıldığını açıqlayıb.

Qeyd edək ki, keçən ilin 7 oktyabrında İsrail və HƏMAS arasında başlayanvə 40 minə yaxın dinc fələstinlinin ölümünə səbəb olan müharibədən sonra İsrail davamlı olaraq hərbi təlimlər keçirir.

Mövzuya görə xəbərlər