Son dəqiqə

İsrail Qəzza zolağı HƏMAS

İsrail bu şərtlə Qəzzadan müvəqqəti çıxa bilər

Bakı, TurkicWorld

İsrail ordusu HƏMAS-ın əlində olan girovların azad edilməsi barədə razılaşmanın birinci mərhələsinin başlaması üçün Qəzza zolağından müvəqqəti çıxa bilər.

TurkicWorld xəbər verir ki, bu barədə "The Jerusalem Post" İsrail Müdafiə Nazirliyindəki rəsmilərə istinadən məlumat yayıb.

İsrail Müdafiə Nazirliyindəki bəzi rəsmilər bildirib ki, İsrail ordusu Qəzza zolağından 42 gün müddətinə tam çıxsa, ölkə təhlükəsizlik baxımından mühüm itkilər verməyəcək. Lakin nəşr yazır ki, bununla HƏMAS-ın əlində olan 120 girovdan 18-33 nəfər azad edilə bilər.

Qeyd olunub ki, İsrailin baş naziri Benyamin Netanyahunun yaxın günlərdə baş tutacaq Vaşinqton səfəri çərçivəsində bu razılaşmanı ABŞ rəsmiləri ilə müzakirə edəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər