Son dəqiqə

İsrail HƏMAS

İsrail hesabları HƏMAS haqqında saxta video paylaşdı

Bakı, TurkicWorld

HƏMAS sosial mediada 2024-cü il Paris Olimpiya Oyunlarında iştirak edəcək İsraillilərin hücumla təhdid edilməsi ilə bağlı yayılan videonun İsrailin uydurması olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk verdiyi yazılı açıqlamada, "İsrailə bağlı hesablar, Olimpiya Oyunlarına qatılacaq işğalçılara qarşı ölüm təhdidlərinin yer aldığı və Fələstin müqavimətinə aid edilən saxta video yayımlayıb",- deyə bildirib.

Bu görüntülərin İsrailin Fələstin müqavimətinin imicini pisləmək üçün həyata keçirdiyi təbliğatın bir parçası olduğuna diqqət çəkən Rişk, Qəzza zolağında soyqırımı törədən İsrailin hər sahədə boykot edilməsinə çağırdı.

Qeyd edək ki, üzünü Fələstin keffiyesi ilə bağlayan və köynəyində Fələstin bayrağı olan bir şəxsin görüntüləri dünən sosial mediada yayılmışdı. Zəif ərəbcəsi ilə əcnəbi olduğu başa düşülən bu şəxs kadrlarda, "Sionist rejimə (İsrail) qarşı mübarizəmiz davam edir. Fransa xalqı və prezident (Emmanuel) Makron, siz sionist rejimi Fələstin xalqına qarşı cinayətkar müharibəsində dəstək göstərdiniz. Sionistləri Olimpiya Oyunlarına dəvət etdiniz və etdiklərinizin əvəzini ödəyəcəksiniz. Parisin küçələrində qanlar axacaq”.

Mövzuya görə xəbərlər