İngiltərə İsrailin humanitar yardım işçilərini öldürməsi ilə bağlı təcili araşdırma tələb edib

İngiltərə İsrailin humanitar yardım işçilərini öldürməsi ilə bağlı təcili araşdırma tələb edib

Bakı. TurkicWorld:

Böyük Brtitaniyanın Baş naziri Rişi Sunak İsrail tərəfindən öldürülən World Central Kitchen (WCK) işçiləri ilə bağlı təcili araşdırma tələb edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Sunak bu barədə Sky News kanalına açıqlayıb.

“Yardım işçiləri Qəzzada bu qədər insanın əziyyətini yüngülləşdirmək üçün böyük işlər görürlər. Onlar etdiklərinə görə qiymətləndirilməlidirlər. Biz İsrailin baş verənləri təcili araşdırmasını istəyirik, çünki cavablandırılmalı olan suallar var", - deyə o vurğulayıb.

Qeyd edək ki, World Central Kitchen (WCK) xeyriyyə komandası yeddi üzvünün İsrailin Qəzzaya hücumu nəticəsində həlak olduğunu təsdiqləyib. Həlak olan yeddi yardım işçisi Avstraliya, Fələstin, Polşa, Böyük Britaniya, həmçinin ABŞ və Kanadanın ikili vətəndaşıdır.

Xatırladaq ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01