Son dəqiqə

Fələstin İsrail Qəzza Devid Kemeron

İsrail işğalçı dövlətdir – Devid Kemeron

Bakı. TurkicWorld:

İsrail işğalçı dövlətdir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

"Qəzzada vəziyyət çox pisdir və biz hələ də daha çox yardım almaq üçün çalışırıq. İsraildən yerinə yetirməsini xahiş etdiyimiz bir sıra istəklərimiz olub. Lakin fevral ayında Qəzzaya göndərilən yardımlar yanvar ayında göndərilənlərdən iki dəfə az olub", - deyə o əlavə edib.

Kemeron humanitar yardımların daxil olması üçün Qəzzada daha çox quru və dəniz dəhlizinin açılmasının vacibliyini vurğulayıb.

"İngiltərə iki dövlətli həllin tərəfdarıdır. Bu kontekstdə atılacaq addımlardan biri də Fələstinin bir dövlət kimi tanınmasıdır", - deyə o bildirib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 72 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər