Sadık Ahmetin həyatı ilə bağlı film çəkilib

Sadık Ahmetin həyatı ilə bağlı film çəkilib

Bakı. TurkicWorld:

Yunanıstanda yaşayan Qərbi Trakya müsəlman türklərinin demokratik hüquqları uğrunda uzun illər mübarizə aparan Dr. Sadık Ahmetin həyatı ilə bağlı film çəkilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin TRT kanalı açıqlayıb.

Məlumata əsasən, fevralın 2-də nümayiş olunacaq filmdə Sadık Ahmet obrazını Turqay Aydın canlandırır. Ssenari müəllifi Mert Dikmen, rejissoru Hakan Yonat olan filmin prodüseri Mahmut Cüneyt Göz, layihə dizaynı və yaradıcı prodüseri Muhammet Ustadır.

Bundan əlavə, çəkilişləri Ədirnədə tamamlanan filmin aktyorları arasında Nur Fettahoğlu, Erkan Can, Ozan Akbaba, Renan Bilek, İlker Aksum, Taner Rumeli, Burak Satıbol, Uğur Yücel, Erdal Beşikçioğlu, Suzan Kardeş və Doğukan Güngör var.

X: Lamanasadli01