BAKI. TurkicWorld:
Pakistanın xarici işlər naziri İshaq Dar apardıqları danışıqlarda böyük irəliləyiş əldə olunacağına əminliyini ifadə edərək bildirib ki, tərəflər arasında atəşkəsə nail olmaq və dialoq prosesini başlatmaq üçün ciddi səylər göstərilib.
TurkicWorld xəbər verir ki, nazir qeyd edib ki, Pakistan Körfəz ölkələrinə qarşı hər hansı hücumun baş verməməsi üçün əlindən gələni edib və bu ölkələrin məruz qaldığı hücumları qətiyyətlə pisləyib.
Hazırda münaqişəni tamamilə bitirmək üçün məsləhətləşmələrin fasiləsiz davam etdiyini vurğulayan İshaq Dar, bir neçə mühüm paytaxtın dəstəyi ilə bu prosesdə uğur qazanacaqlarına dair böyük ümid bəslədiyini diqqətə çatdırıb.
O, əsas hədəfin münaqişəni hər iki tərəf üçün "uduş-uduş" (win-win) prinsipi əsasında, yəni hər iki tərəfin maraqlarını təmin edən bir şəkildə sonlandırmaq olduğunu qeyd edib. Regional təhlükəsizliyin həm Pakistan, həm də regionun digər dövlətləri üçün həyati əhəmiyyət kəsb etdiyini deyən nazir, bu istiqamətdə beynəlxalq səviyyədə lazımi dəstəyi aldıqlarını da sözlərinə əlavə edib.







