Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun ilk günündən maraqlı anlar

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun ilk günündən maraqlı anlar

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günü keçirilir.

Trend-in məlumatına görə, yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun olaraq keçirilir.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Trend müsabiqənin ilk gününün ən yaxşı anlarının fotolarını təqdim edir.