Lazım olduğu müddətcə Ukraynaya dəstək olacağıq - Bayden

Lazım olduğu müddətcə Ukraynaya dəstək olacağıq - Bayden

Bakı. TurkicWorld:

Bu sənədlə G7 ölkələri bəyan edir ki, bizim Ukraynaya dəstəyimiz bundan sonra da davam edəcək.

TurkicWorld xəbər verir ki, bunu ABŞ lideri Co Bayden Vilnüsdə NATO ölkələri və Ukrayna Prezidentinin görüşündən sonra G7 liderlərinin brifinqi zamanı deyib.

Xatırladaq ki, G7 ölkələri Ukraynaya ayrıca təhlükəsizlik zəmanətinin təmin edilməsinə dair sənədi təsdiqləyib.