Son dəqiqə

İran ABŞ Xarici İşlər Nazirliyi Tehran Cenevrə İsmayıl Bəqai İslamabad Diplomatiya Beynəlxalq Münasibətlər siyasi xəbər

İran XİN: Nümayəndə heyətinin Cenevrə və İslamabada getməsi planlaşdırılmır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyi ABŞ–İran anlaşma memorandumu ilə bağlı danışıqlar aparan nümayəndə heyətinin yaxın bir-iki gün ərzində Cenevrə və ya İslamabada səfərinin planlaşdırılmadığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin sözçüsü İsmayıl Bəqai dövlət informasiya agentliyinə bildirib ki, sənədin imzalanmasının yaxın günlərdə baş tutma ehtimalı yüksək olaraq qalır.

O qeyd edib ki, imzalanma vaxtı hələ də dəqiq müəyyən edilməyib və tərəflər bu mərhələ ilə bağlı son qərarı gözləyirlər.

Sözçü vurğulayıb ki, prosesin gedişi dəyişkən xarakter daşıyır və yekun tarixlə bağlı tələsik nəticə çıxarmaq doğru olmaz.

Mövzuya görə xəbərlər