BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Dövlət Departamentinin məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə telefon danışığında Hörmüz boğazından keçən bütün ticarət gəmilərinin ABŞ qüvvələrinin göstərişlərinə dərhal əməl etməli olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Rubio həmçinin İran limanlarına tətbiq olunan məhdudiyyətlərin pozulmasının və İran neftinin qanunsuz daşınmasının qəti şəkildə yolverilməz olduğunu vurğulayıb.
Məlumata əsasən, bu telefon danışığı ABŞ-ın Fars körfəzi su yolunda bir neft tankerinə hücumu nəticəsində üç hindistanlı dənizçinin həlak olmasından sonra baş tutub və hadisə Hindistan tərəfindən sərt şəkildə pislənib.
Hindistanın xarici işlər naziri isə sosial şəbəkədə açıqlama yayaraq ABŞ tərəfinə etirazını təkrar etdiyini bildirib və mülki ticarət gəmilərinə qarşı ölümcül hücumların qəbulolunmaz olduğunu qeyd edib.







