Son dəqiqə

Özbəkistan Qırğızıstan Sadır Japarov Akılbek Japarov

Sadır Japarov Özbəkistana səfər edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan Prezidenti Sadır Japarov Özbəkistana dövlət səfəri edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov Daşkənddə Qırğızıstan-Özbəkistan hökumətlərarası komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər Qırğızıstan-Özbəkistan biznes forumu, iki dövlət başçılarının iştirakı ilə Özbəkistanda Qırğızıstanın Mədəniyyət Günləri və digər tədbirlər kimi bir sıra tədbirlər üçün proqram hazırlayır.

“Bu səfər Qırğızıstan-Özbəkistan münasibətlərində növbəti mühüm hadisəyə çevrilməli və ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə mühüm təkan verməlidir”, - Akılbek Japarov bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər