Son dəqiqə

Özbəkistan Qırğızıstan Jeenbek Kulubayev

Qırğızıstan-Oman İşgüzar Şurasının yaradılması təklif edilib

Bakı. TurkicWorld:

Özbəkistanın Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya - Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası” Strateji Dialoq Xarici İşlər Nazirlərinin ikinci iclasında Qırğızıstan və Omanın xarici işlər nazirləri Jeenbek Kulubayev və Səid Albusaidi arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, tərəflər siyasi, iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yüksək potensialın olduğunu, o cümlədən yaxın gələcəkdə ən yüksək səviyyədə səfər mübadiləsinin vacibliyini qeyd ediblər.

Bundan əlavə, Kulubayev əməkdaşlığın inkişafı üçün hökumətlərarası komissiyanın yaradılmasını və iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlərin intensivləşdirilməsini, işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması üçün Qırğızıstan-Oman İşgüzar Şurasının yaradılmasını təklif edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər