Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev Canni İnfantino FİFA

Qazaxıstan dövlət başçısı FİFA prezidentini qəbul edib

Bakı TurkicWorld

Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev FİFA prezidenti Canni İnfantinonu Akorda sarayında qəbul edib.

TurkicWorld-un məlumatına görə, tərəflər Qazaxıstanda futbolun potensialının artırılması və gənclər idmanının inkişafı məsələlərini müzakirə ediblər.

Qasım-Jomart Tokayev Canni İnfantinonu bu yaxınlarda yenidən FİFA prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib və ona bütün dünyada, o cümlədən Qazaxıstanda futbolun inkişafına verdiyi əvəzsiz töhfəyə görə təşəkkür edib.

Canni İnfantino FİFA-nın uğurlu beynəlxalq təcrübəsini bölüşməyə və Qazaxıstanda futbolun inkişafına kömək etməyə hazır olduğunu da bildirib:

“Bilirəm ki, siz də bu gözəl ölkədə hamı kimi futbolu sevirsiniz. Düşünürəm ki, biz birlikdə böyük işlər görə bilərik. Qazaxıstan təkcə regional mənzərədə deyil, qlobal mənzərədə çox mühüm ölkəyə çevrilib. FIFA üçün bu, böyük tərəfdaşdır. Biz birlikdə işləməliyik, çünki futbol vasitəsilə çoxlu imkanlar var ”, - Gianni İnfantino bildirib.

Mehriban Xəlilli

Mövzuya görə xəbərlər