Son dəqiqə

Qazaxıstan Murat Nurtleu Yaxın Şərq

Qazaxıstan sülhün bərqərar olması əlindən gələni edəcək - Murat Nurtleu

Bakı,TurkicWorld

Yaxın Şərqdəki vəziyyətə gəlincə, regionda sabitliyin pozulması Mərkəzi Asiyanın rifahı üçün ciddi, bəzən isə birbaşa təhlükə yaradır

TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Macarıstanın Xarici İşlər naziri Peter Szijjarto ilə danışıqlardan sonra birgə mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Qazaxıstan regional və qlobal oyunçuların maraqlarının kəsişdiyi bölgədə sülhün bərqərar olması üçün diplomatik və siyasi səylərini təklif etməyə davam edəcək.

Görüşdə həmçinin BMT və ATƏT çərçivəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər