Son dəqiqə

Qazaxıstan Almaniya

Almaniyanın Qazaxıstana investisiyaları 770 milyon dollara çatıb

Bakı. TurkicWorld:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin İdarə Heyətinin sədri, CLASS Group Müşahidə Şurasının sədri Katrina Klass-Mühlhauser ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

"Almaniya Qazaxıstanın Avropa İttifaqında strateji tərəfdaşıdır", - deyə Tokayev vurğulayıb.

Tokayev onu da bildirib ki, 2023-cü ildə Qazaxıstana birbaşa Almaniya investisiyaları 64 faiz artaraq rekord həddə - 770 milyon dollara çatıb.

Mövzuya görə xəbərlər