Bakı, TurkicWorld
Mərkəzi Asiyadan Azərbaycana səfər edən hər ikinci turist Qazaxıstandan gəlib.
TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan turizm forumunda deyib.
"2023-cü ilin statistikasına görə, ötən il Mərkəzi Asiyadan Azərbaycana səfər edən hər ikinci turist Qazaxıstandan gəlib. Ötən il Azərbaycana 58 min qazaxıstanlı turist gəlib. 2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana 38 mindən çox qazaxıstanlı turist səfər edib", - deyə o vurğulayıb.
Səfir bildirib ki, bütünlükdə Azərbaycana turist axınının artım dinamikasına görə Qazaxıstan Çin və Hindistandan sonra üçüncü yerdədir.
Qeyd edək ki, Qazaxıstanın Azərbaycandakı səfirliyinin binasında Azərbaycan-Qazaxıstan turizm forumu keçirilir.