Son dəqiqə

Qazaxıstan

Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı məhsullarının dünya bazarına birgə ixracını müzakirə edəcəklər - Anar Cəfərov

Bakı, TurkicWorld

Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı məhsullarının dünya bazarına birgə ixracını müzakirə edəcəklər.

TurkicWorld xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumunda deyib.

"Azərbaycan Qazaxıstandan taxıl alır. Məhsullarımızın dünya bazarlarına birgə ixracı məsələsini məsələsini müzakirə etməliyik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ölkələr beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəal əməkdaşlıq edir. Beləliklə, Azərbaycanın Quba şəhəri hazırda TDT-nin kənd təsərrüfatı paytaxtıdır.

"Qeyd etmək istəyirəm ki, bu gün burada 20-yə yaxın ən böyük şirkət iştirak edir. Onlar həm Azərbaycanda, həm də Qazaxıstanla birgə layihələrin həyata keçirilməsində maraqlıdır", - deyə Cəfərov əlavə edib.

Qeyd edək ki, bu gün Qazaxıstanın Bakıdakı səfirliyində Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumu keçirilir.

Mövzuya görə xəbərlər