Bakı, TurkicWorld
Qazaxıstan Mərkəzi Seçki Komissiyası Azərbaycan Milli Məclisinə keçiriləcək növbədənkənar seçkiləri izləyəcək müşahidəçilərin siyahısını təsdiqləyib.
TurkicWorld -in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata əsasən, müşahidəçilər qrupunda Qazaxıstandan səkkiz nümayəndə yer alıb.
Qeyd edək ki, Azərbaycan parlamentinə seçkilər əvvəlcə noyabr ayında keçirilməli idi. Lakin həmin vaxt ölkə BMT-nin COP29 iqlim konfransına ev sahibliyi edəcək və tədbirdə 50-dən çox ölkənin dövlət və hökumət başçıları daxil olmaqla, 80 mindən çox qonağın iştirak edəcəyi gözlənilir.
Bu səbəbdən, parlament üzvlərinin təşəbbüsü ilə Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin sentyabrın 1-nə təyin edilməsi barədə sərəncam imzalayıb.