Son dəqiqə

Azərbaycan Qazaxıstan

Bakıda Azərbaycan və Qazaxıstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib

Bakı, TurkicWorld

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparılıb.

Mövzuya görə xəbərlər