Son dəqiqə

Azərbaycan

Azərbaycanın göndərdiyi humanitar yardımın İdlibdə ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub - Ayxan Hacızadə

Bakı, TurkicWorld

Azərbaycanın göndərdiyi humanitar yardımın İdlibdə ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub.

TurkicWorld xəbər verir ki, bunu Abşeron Logistika Mərkəzində Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanının göndərilməsi zamanı jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

"Azərbaycan Respublikasının Prezidentinin göstərişinə müvafiq olaraq Suriyada humanitar vəziyyətdən əziyyət çəkən əhaliyə yardım məqsədilə Azərbaycan Respublikasının hökumətinin adından Suriya Ərəb Respublikasına müvafiq humanitar yardım konvoyunun göndərilməsi nəzərdə tutulub. Bu konvoy ümumilikdə 200 tona yaxın qida və ərzaq məhsullarını əhətə edir. Konvoyun Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə üzərindən keçməklə Çobanbəy keçid məntəqəsində Suriyaya və Suriya üzərindən İdlib şəhərinə çatdırılması nəzərdə tutulub. Bu yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyanın İdlib şəhərində ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub", - o bildirib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər