Son dəqiqə

Almaniya Federal Kəşfiyyat Xidməti (BND)

Alman kəşfiyyatında ciddi kadr böhranı yaşanır

Bakı, TurkicWorld

Berlin Federal Kəşfiyyat Xidmətində (BND) yüzlərlə vakant vəzifə hələ də doldurulmayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniya KİV Məlumat verib.
Məlumata görə, Almaniyanın xarici kəşfiyyat xidməti ciddi kadr çatışmazlığı səbəbindən Rusiya, Çin, Şimali Koreya və İrandan gələ biləcək təhdidləri təqib etməkdə çətinlik çəkir.

Federal Kəşfiyyat Xidməti (BND) son illərdə bu barədə bir sıra qalmaqallarla sarsılıb.

2023-cü ilin yayında baş nazirin müavini Robert Habek, qurumun Rusiya ilə Ukrayna münaqişəsində baş verənləri ciddi şəkildə səhv analiz etdiyini, iki qonşu ölkə arasındakı hərbi münaqişə riskini dəyərləndirmədə uğursuz olduğunu etiraf etmişdi.

Hərbi əməliyyatlar başlamazdan bir müddət əvvəl 2022-ci ilin fevralında Kiyevə səfər edən BND sədri Bruno Kahl, digər alman diplomatları və kəşfiyyatçılarla birgə ərazidən vaxtında təxliyə edilə bilmədiyi üçün, təşkilat rəhbərlərini geri qaytarmaq üçün agent qrupu göndərmək məcburiyyətində qalmışdı.

Bildirilib ki, hazırda Federal Kəşfiyyat Xidmətində (BND) 7200 vakant vəzifədən təxminən 700-ü boş olaraq qalır və Kahlın rəhbərlik etdiyi qurumun boşluqları doldurmaq üçün təcili olaraq yeni komandalara ehtiyacı var.

Məlumata görə, iş stresi BND işçilərinin orta hesabla alman işçilərindən iki dəfə daha çox xəstəlik kağızı almağına gətirib çıxarır.

Belə ki, kəşfiyyat xidmətinin mindən çox əməkdaşı keçən il 30 gündən çox xəstəlik məzuniyyəti götürüb və bu, işçilərin işdən kənarda qaldıqları müddət üçün tam əmək haqqını ala bilməyəcəkləri mənasına gəlir.

Kəşfiyyat xidməti boşluqları doldurmaq üçün böyük reklam kampaniyasına da başlayıb.
Bunun 10 mindən çox yeni müraciətlə nəticələndiyi bildirilib.

Ancaq, bütün bunun yaxın gələcəkdə agentliyin problemlərini yüngülləşdirə bilməyəcəyi də qeyd edilib.

Qeyd edək ki, yeni müraciətçinin bütün məlumatlarının işlənərək yoxlanılması orta hesabla 13 ay çəkir və bu namizədlərin təxminən 40 faizi yoxlanışlarda uğursuz olur.

Mövzuya görə xəbərlər