Son dəqiqə

Qazaxıstan Alim Bayel COP29

Qazaxıstan COP29 çərçivəsində AQEM sədrliyini Azərbaycana ötürəcək - Səfir

Bakı, TurkicWorld

Qazaxıstan COP29 çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyini Azərbaycana ötürəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumunda deyib.

"Azərbaycan və Qazaxıstan sülhsevər ölkələrdir. Biz beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlığın bir nümunəsini AQEM çərçivəsində əməkdaşlıq adlandırmaq olar. Qazaxıstan Bakıda keçiriləcək COP29 çərçivəsində AQEM sədrliyini Azərbaycana ötürəcək", - deyə o vurğulayıb.

Bundan başqa, səfir iqtisadiyyat sahəsində və müxtəlif iri layihələrdə uğurlu əməkdaşlıqdan bəhs edib.

Qeyd edək ki, bu gün Qazaxıstanın Bakı səfirliyində Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumu keçirilir.

Mövzuya görə xəbərlər