Bakı. TurkicWorld:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılışına getməyəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin müşaviri və mətbuat katibi Berik Uali bildirib.
"Prezident Qasım-Jomart Tokayevin iş qrafikinə onun Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılış mərasimində iştirakı daxil deyil", - o deyib.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da baş tutacaq. Tədbir Paris vaxtı ilə saat 19:30-da (GMT+4) başlayacaq.