Son dəqiqə

Almaniya İngiltərə

İngiltərə və Almaniya müdafiə sənayesini inkişaf etdirir

Bakı,TurkicWorld

Almaniya və İngiltərə arasında müdafiə və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıq üçün Birgə Bəyannamə imzalanıb.

TurkicWorld xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius və İngiltərənin müdafiə naziri Boris Pistorius Con Healey tərəfindən Berlində imzalanan Birgə Bəyannamə çərçivəsində müdafiə sənayesinin gücləndirilməsi, silah-sursat istehsalı və təchizatı sahəsində yaxından əməkdaşlıq edilməsi nəzərdə tutulur.

“Münasibətlərimizi yeni əsaslara qoymaq istəyirik. Birgə Bəyannamə Ukraynaya yardımın koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır”,- deyə Almaniyanın müdafiə naziri bildirib.

İngiltərə Müdafiə Naziri Healey isə yeni hökumətin Avropa ilə əlaqələri bərpa etməkdə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, İngiltərənin yeni hökuməti keçən ay hakimiyyətə gəldikdən sonra NATO və Ukraynanı xarici siyasət gündəmində ön plana çıxaracağına söz verib.

Mövzuya görə xəbərlər