Britaniya ilə inkişaf edən əməkdaşlıqdan məmnunuq - Tokayev

Britaniya ilə inkişaf edən əməkdaşlıqdan məmnunuq - Tokayev

Bakı. TurkicWorld:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada rəsmi səfərdə olan Böyük Britaniya xarici işlər naziri Devid Kemeron ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Tokayev Qazaxıstana səfərin ikitərəfli münasibətlərə əlavə təkan vermək baxımından əhəmiyyətini qeyd edib.

"Əsas strateji tərəfdaş olan Böyük Britaniya ilə dinamik inkişaf edən qarşılıqlı faydalı əməkdaşlığı məmnunuq. Bu gün imzalanmış Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini xüsusilə qeyd etmək istərdim. Əminəm ki, bu hərtərəfli sənəd bizim çoxşaxəli ikitərəfli gündəliyimizi genişləndirmək üçün keyfiyyətcə yeni zəmin yaradacaq”, - deyə Qazaxıstan prezidenti bildirib.

Tokayev, həmçinin, ticarət-iqtisadi, investisiya enerji, yaşıl iqtisadiyyat, maliyyə və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Devid Kemeron isə bildirib ki, Britaniya Qazaxıstanla enerji, təhsil, biznes, mədəniyyət sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir.

X: Lamanasadli01