Qazaxıstanla Böyük Britaniya arasında saziş imzalanıb

Qazaxıstanla Böyük Britaniya arasında saziş imzalanıb

Bakı. TurkicWorld:

Qazaxıstanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalanıb

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstanda rəsmi görüşlər keçirib. Kemeron Astanada Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Tərəflər regional və beynəlxalq əməkdaşlıq, eləcə də ikitərəfli münasibətlərin intensivləşdirilməsinə yönəlmiş məsələləri müzakirə ediblər.

Nurtleu bəyan edib ki, iki ölkə xarici işlər nazirlikləri səviyyəsində dialoqu daha da inkişaf etdirməyə hazırdır.

Kemeron həmçinin Böyük Britaniyanın Mərkəzi Asiyadakı əsas tərəfdaşı olan Qazaxıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini və Londonun Astana ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu təsdiqləyib.

Görüşün sonunda Qazaxıstan və İngiltərə arasında “strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi” imzalanıb.

Ticarət və investisiyaların təşviqi, xüsusilə də xarici siyasət və təhlükəsizlik kimi əsas sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, enerji və xammal, nəqliyyat, ətraf mühit və iqlim dəyişikliyi, bankçılıq, maliyyə, sosial siyasət, elm və təhsil sahələrində geniş əməkdaşlığı əhatə edən saziş “tarixi” kimi qiymətləndirilib.

Hafiz Rufizoğlu