Son dəqiqə

Böyük Britaniya Windows

“Windows”un kütləvi uğursuzluğu bankların, televiziyaların və aviaşirkətlərin işini çətinləşdirib

Bakı, TurkicWorld

"Windows" əməliyyat sisteminin (ƏS) kütləvi nasazlığı bank, aviaşirkət, media və digər sektorlardakı şirkətlərin fəaliyyətinə mane olub.

TurkicWorld xarici mediaya istinadla xəbər verir ki, bu barədə Amerikanın "The Verge" portalı məlumat yayıb.

Bildirilir ki, buna səbəb ƏS-də işləyən cihazların yüklənməsi zamanı kritik xəta olub.

Avstraliya, Böyük Britaniya və Avropa İttifaqı ölkələrindəki banklar və şirkətlər artıq fasilələr barədə məlumat veriblər. Kritik xətanın təsirinə məruz qalan şirkətlər arasında İrlandiyanın "Ryanair" aviadaşıyıcısı və Britaniyanın "Sky News" telekanalı var.

Mövzuya görə xəbərlər