Son dəqiqə

Böyük Britaniya Ukrayna Vladimir Zelenski Kir Starmer

Böyük Britaniyanın baş naziri Ukrayna Prezidenti ilə görüşüb

Bakı, TurkicWorld

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın rəsmiləri ilə danışıqlar aparmaq üçün Britaniya Baş Nazirliyinin ofisi olan "10 Downing Street"ə gəlib.

TurkicWorld xəbər verir ki, onu Böyük Britaniyanın baş naziri Kir Starmer qarşılayıb.

Böyük Britaniyaya üçüncü səfərini edən Ukrayna Prezidenti həm də 1997-ci ildə ABŞ Prezidenti Bill Klintondan sonra nazirlər kabinetində çıxış edən ilk xarici lider olacaq.

Kir Starmer V.Zelenski ilə görüşü çox xüsusi məqam adlandırıb. O, həmçinin, bu görüşün Britaniyanın Ukrayna xalqına dəstəyini bir daha ifadə etmək və Kiyevlə birlikdə olmaq əzmini bir daha təsdiqləmək üçün fürsət olduğunu deyib.

Volodimir Zelenski müharibədə Ukraynaya kömək üçün əldə oluna bilinəcək önəmli qərarları müzakirə etmək istədiyini vurğulayıb.

Mövzuya görə xəbərlər