Son dəqiqə

Böyük Britaniya Qazaxıstan Oksford Universiteti

Oksford Universitetində qazax dilinin tədris edilməsi planlaşdırılır

Bakı. TurkicWorld:

Böyük Britaniyada yerləşən Oksford Universitetində qazax dilinin tədris edilməsi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, Britaniya universiteti ilə Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi arasında müvafiq saziş imzalanıb.

Məlumata əsasən, Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və Qazaxıstanın aparıcı ali təhsil müəssisələrinin rektorları Oksford Universitetini ziyarət edib. Sayasat Nurbek Böyük Britaniya tərəfi üçün Qazaxıstan Respublikasının Prezidentinin göstərişi ilə tərtib edilmiş Oksford Qazaq lüğətinin təqdimatını edib.

Qeyd edək ki, Oksford Qazaq Lüğəti 2023-cü ilin sonunda nəşr olunub. İlk 1300 səhifəlik nəşrdə 60 mindən çox söz var.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər