BAKI, TurkicWorld
Xaçmaz rayonunun Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolub, insanlar köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) TurkicWorld-ə bildirilib ki, dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.







