Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Xaçmaz Anım günü Elnur Rzayev

Xaçmaz rayonunda 27 sentyabr – Anım Günü ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

BAKI,TurkicWorld

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Emil Tağıyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri 27 sentyabr – Anım Günündə Xaçmaz şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xiyabanda alovlanan məşəlin önünə əklil qoyub. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Şahbazovun büstü ziyarət olunub, Xaçmazdan olan şəhidlərin xatirə lövhələri önünə tər qərənfillər düzülüb.

İcra başçısı şəhid ailələrinin üzvləri ilə söhbət edərək onların qayğıları ilə maraqlanıb. Elnur Rzayev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın qürur mənbəyinə çevrilib. Silahlı Qüvvələrimizin şücaəti sayəsində ərazi bütövlüyümüz təmin edilib, şəhidlərimizin qanı yerdə qalmayıb. Bu gün qüdrətli Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin keşiyində möhkəm dayanır. Dövlət başçısı tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğı xüsusi vurğulanıb.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu zaman nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərin səs siqnalları verilib.

Mövzuya görə xəbərlər