Yaponiya zəlzələ Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi

Yaponiyada zəlzələ baş verib

BAKI, TurkicWorld

Yaponiyanın Hokkaydo adası sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Kuşiro şəhərindən 98 kilometr şərqdə yerləşib, zəlzələnin ocağı isə 12 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi ilə bağlı da hər hansı xəbərdarlıq edilməyib.

Mövzuya görə xəbərlər