İstanbul Beynəlxalq Hava Limanının yük dövriyyəsi kəskin şəkildə artıb (ÖZƏL)

İstanbul Beynəlxalq Hava Limanının yük dövriyyəsi kəskin şəkildə artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin dekabr ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 73 faiz artaraq, 64 milyon 486 min 178 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 49 faiz artaraq 15 milyon 894 min 315 nəfər, beynəlxalq reyslər üzrə isə 83 faiz artaraq 48 milyon 591 min 863 nəfər təşkil edib.

Keçən ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 67 faiz artaraq 2 milyon 557 min 427 ton təşkil edib. Bununla yanaşı, 2022-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq, 190 min 88 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 72 faiz artaraq, 2 milyon 367 min 338 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 52 faiz artaraq, 425 min 897 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 37 faiz artaraq 109 min 634, beynəlxalq reyslər üzrə isə 58 faiz artaraq 316 min 263 olub.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.