Yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı artıb

Yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı artıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 13,7 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 15 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.