BAKI,TurkicWorld Orxan Qədirzadə
2026 - cı ilin aprel ayında Türkiyənin Tekirdağ limanı 653 min 391 ton yük qəbul edib.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Tekirdağ limanından Türkiyə bayrağı altında üzən 16 min 466 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 156 min 943 ton yük daşınıb.
2026 - ci ilin aprel ayında Tekirdağ limanından tranzit 378 min 859 ton yük aşırılıb.
Qeyd edək ki, 2026-cı ilin aprel ayında Türkiyə limanları ümumilikdə 4 min 871 gəmi qəbul edib.
Nazirlikdən bildirilib ki, hesabat dövründə Türkiyə limanlarına xarici ölkələrin bayraqları altında fəaliyyət göstərən 3 min 248 gəmi daxil olub.
Məlumata görə, eyni dövrdə türk bayrağı altında fəaliyyət göstərən və limanlara qəbul edilən gəmilərin sayı isə 1 min 623 təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin aprel ayında Türkiyə limanları ümumilikdə 77 milyon 90 min 527 ton yük qəbul edib.
Nazirlikdən bildirilib ki, hesabat dövründə Türkiyə bayrağı altında fəaliyyət göstərən gəmilər vasitəsilə daxili limanlara 11 milyon 554 min 367 ton yük daşınıb.
Məlumata görə, Türkiyə limanlarına xarici ölkələrin bayraqları altında fəaliyyət göstərən gəmilərlə daşınan yükün həcmi isə 65 milyon 536 min 160 ton təşkil edib.
Açıqlamada qeyd olunub ki, 2026-cı ilin aprel ayında Türkiyə limanlarından ümumilikdə 5 milyon 724 min 594 ton transit yük daşınıb.




