Son dəqiqə

Avtomobil sənayesi məhsulları Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyə Statistika Təşkilatı (TÜİK)

Türkiyənin Qırğızıstana avtomobil ixracı 9 milyon dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Qırğızıstana avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz artaraq, 9 milyon 372 min 91 dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Qırğızıstana avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53,4 faiz artıraraq , 3 milyon 980 min 35 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 3 milyard 293 milyon 35 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq, 9 milyard 895 milyon 567 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 41 milyard 926 milyon 368 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər