BAKI,TurkicWorld, Orxan Qədirzadə
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Fransaya avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq, 1 milyard 225 milyon 484 min 130 dollara bərabər olub.
Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin mart ayında Fransaya avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azaldaraq , 455 milyon 520 min 80 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 3 milyard 293 milyon 35 min dollara bərabər olub.
2026-cı ilin yanvar-mart aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq, 9 milyard 895 milyon 567 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 41 milyard 926 milyon 368 min dollar məbləğində avtomobil ixrac edib.






