Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyənin mebel ixracı

Özbəkistan bazarında Türkiyə mebelinə tələb azalıb - 32 faiz azalma (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Özbəkistana mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz azalaraq, 11 milyon 953 min 860 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Özbəkistana mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz azaldaraq, 4 milyon 205 min 890 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azalaraq, 599 milyon 838 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 1 milyard 760 milyon 517 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 7 milyard 860 milyon 144 min dollar məbləğində mebel ixrac edib.

Mövzuya görə xəbərlər