Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin xalça ixracı

Türkiyə xalçalarının İraq bazarındakı payı yarıbayarı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən İraqa xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 51,5 faiz azalaraq, 23 milyon 886 min 580 dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında İraqa xalça ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 71,1 faiz azalaraq, 5 milyon 380 min 920 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 207 milyon 191 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 634 milyon 382 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 2 milyard 808 milyon 637 min dollar məbləğində xalça ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər