Son dəqiqə

Türkiyə limanları Tekirdağ limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Türkiyənin Tekirdağ limanının yük qəbulu 11 milyon tonu keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026 - cı ilin mart ayında Türkiyənin Tekirdağ limanı 11 milyon 834 min 855 ton yük qəbul edib.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Tekirdağ limanından Türkiyə bayrağı altında üzən 270 min 729 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 5 milyon 115 min 555 ton yük daşınıb.

2026 - ci ilin mart ayında Tekirdağ limanından tranzit 4 milyon 376 min 178 ton yük aşırılıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 4 min 608 gəmi qəbul edib.

“Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 134, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 474 olub.”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 76 milyon 809 min 328 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 10 milyon 818 min 996 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 65 milyon 990 min 332 ton olub”, – deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər