Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi İxracat

198 milyonluq geriləmə - Türkiyənin ABŞ - a ixracı aşağı düşdü (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən ABŞ-a hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalaraq, 198 milyon 867 min 940 dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında ABŞ-a hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 65 milyon 161 min 270 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azalaraq, 1 milyard 211 milyon 280 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 3 milyard 875 milyon 355 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 16 milyard 460 milyon 630 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər