BAKI, TurkicWorld, Orxan Qədirzadə
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Çinə tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 54 milyon 692 min 55 dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyənin 2026-cı ilin mart ayında ABŞ-a tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz azalaraq, 14 milyon 517 min 58 dollara çatıb.
Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azalaraq, 748 milyon 506 min dollara bərabər olub.
2026-cı ilin yanvar-mart aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 1 milyard 760 milyon 517 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 9 milyard 222 milyon 417 min dollar məbləğində tekstil məhsulları ixrac edib.






